Uşaqlarda eşitmə problemlərinin həlli “LOR Hospital”da!

usaqlarda-esitme-problemlerinin-helli-lor-hospitalda
Oxunma sayı: 1274

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına əsasən, dünyada 350 milyondan çox insan karlıq və eşitmə qabiliyyətinin zəifliyindən əziyyət çəkir.

Azərbaycanda da eşitmə qüsurlu insanlar çoxdur. Bu qüsurları aradan qaldırmaq üçün bir çox əməliyyatlar icra olunur. Son illərdə isə anadan eşitmə qüsuru ilə doğulan uşaqlar üzərində koxlear implant əməliyyatları aparılır, bununla da problem erkən və köklü şəkildə aradan qaldırılır.

Koxlear implantasiya əməliyyatı və sonrakı reabilitasiya dövrü əməliyyat olunmuş şəxslərin cəmiyyətdə öz yerini tutmasına köməklik göstərir, eşitmə qabiliyyətinin tam bərpasını təmin edərək onları ömürlük əlillikdən xilas edir. Daxili cihazın yerləşdirilməsindən 1 ay sonra əməliyyat olunmuş hissənin sağalmasının gözlənilməsi şərtilə üst cihaz yerləşdirilərək eşitmə qabiliyyətinin bərpası mümkündür.

Eşitmə itkisinə başlıca səbəb olaraq genetik faktorlar, yəni qohum evlilikləri, qulaq iltihabları, ana bətnində və ya doğuş zamanı yaranan infeksiyalar səbəbindən yaranan fəsadlar göstərilir.

Heydər Əliyev Fondunun və İcbari Tibbi Sığortanın dəstəyi ilə bu günədək “LOR Hospital”da eşitmə qüsuru olan yüzlərcə pasiyent müvafiq müayinələrdən keçirilmiş və yüzdən çox uşaqlar üzərində   koxlear implant  cərrahiyyə əməliyyatı aparılmışdır. Sonrakı bir il ərzində müvafiq reabilitasiya işləri tətbiq olunmaqla eşitmə və nitqin bərpasına nail olunmuşdur.

Əməliyyatdan sonra  skrininqin aparılması, koxlear implantasiyası əməliyyatının proqram təminatının yüklənməsi, cihazların tənzimlənməsi və pasiyentlərdə eşitmənin bərpası da “LOR Hospital”da yerli mütəxəsislər tərəfindən peşəkarcasına həyata keçirilir.

Həmçinin əməliyyat sonrası nitq reabilitasiyası çox önəmli olduğu üçün müasir avadanlıqlarla təchiz olunmuş “LOR Hospital”da “Referans Eşitmə” mərkəzi   yaradılıb. Hazırda fəaliyyətini davam etdirir.  Mərkəzdə xaricdə tədris və təlim keçmiş, otolorinqoloq, surdopedaqoq, psixoloq və eşitmə cihazları mühəndisindən ibarət komanda fəaliyyət göstərir.

Qeydiyyat üçün əlaqə nömrəsi:  *0111

“Whatsapp” canlı dəstək nömrəsi: (051) 477 0111

Ünvan: Əhməd Rəcəbli küç.19K

Sosial şəbəkə hesablarına keçid: https://www.facebook.com/lorhospital.az, https://instagram.com/lor_hospital, rəsmi sayt: https://lorhospital.az/.