Uşaqlarda yay xəstəliyinin əlamətləri

usaqlarda-yay-xesteliyinin-elametleri
Oxunma sayı: 2669

Xalq arasında “Yay xəstəliyi” olaraq tanınan xəstəlik yayda 5-15 yaş aralığında olan bir çox uşaqda müşahidə edilir.

“Qafqazinfo” “ensonhaber”ə istinadən xəbər verir ki, bu xəstəliyə “Parvovirus B19” səbəb olur

İnfeksiya tənəffüs sistemi yolundan damcı vasitəsilə ilə keçir. Uşaq buna yoluxduqdan sonra 4-28 gün müddətində hərarət və başağrısı olur. Bundan başqa, hər iki yanaqda yüngül qızartı müşahidə edilir.

“Yay xəstəliyi” keçirən uşaqları istidən qorumaq lazımdır. Ehtiyac olmadan antibiotik istifadə etmək məsləhət görülmür.

Əksər hallarda öz-özünə sağalır.