Türkiyəli məşhur cütlük Fahriye Evcenlə Burak Özçivitin bir ay sonra övladları dünyaya gələcək. “Qafqazinfo” xəbər verir ki, onlar bildirib ki, doğulacaq oğullarına Karan adını qoyacaqlar.
Cütlüyün bu açıqlamasından sonra sosial şəbəkələrdə Karanın adına hesablar açılmağa başlayıb.
Fahriye ilə Burak sözügedən səhifələri bağlatsa da, buna tam nail ola bilməyib. Belə ki, hazırda instaqramda Karan Özçivit adlı hesab fəaliyyət göstərir. Səhifədə heç bir paylaşım edilməsə də, artıq 90 minə yaxın “follower”i var.

Son xəbərlər
Son Xəbərlər