Bəziləri anadan olan kimi, bəziləri isə hətta orta məktəbdə oxuyanda sünnət etdirir övladını. İnsanların əksəriyyəti sünnətin hansı yaşa qədər həyata keçirilməsi ilə bağlı məlumatlı olmurlar. Nəticədə uşaqların sünnət edilmə yaşının keçməsi sonradan psixoloji və tibbi problemlərə gətirib çıxarır.
Bəs əslində oğlan uşaqları üçün ən ideal sünnət olma vaxtı neçədir? Həkimlərin əksəriyyəti ortaq fikri bundan ibarətdir ki, uşaqlar 2 yaşınadək mütləq sünnət edilməlidirlər.
Uşaqların daha çox körpə zamanında sünnət edilməsinə səbəb sinir sistemi tam formalaşmadığı üçün uşağın ağrını hiss etməsini minimuma endirməkdir. Mütəxəssislər bildirir ki, valideynlərin övladlarını sünnət etdirmək üçün hansısa mövsümü gözləməyə də ehtiyac yoxdur. Çünki, müasir aparatlarla həyata keçirilən əməliyyat uşaqlara qısa zamanda sağalaraq normal həyatlarına davam etmək imkanı yaradır.
Oğlan uşaqlarının sünnət edilməsinin önəminə toxunan həkim bildirir ki, artıq adətdən müsəlman olmayan ölkələrdə də istifadə edilməyə başlanıb. Çünki, sünnət uşaqların normal inkişafı və reproduktiv sağlamlığı baxımından böyük önəm daşıyır.
Xəzər Xəbər
Son xəbərlər
Son Xəbərlər