“The Tour of Turkey” velosiped turnirində mükafat qazanan Ukraynalı velosipedçi Vitali Buts öz emosional açıqlaması ilə gündəmə gəlib.
Qafqazinfo.az xəbər verir ki, Türkiyənin “Pro Team” komandası adı altında turnirdə qələbə qazanan ukraynalı qalibiyyətdən sonra mətbuata emosional açıqlama verib:
“Müharibə başlayanda gecə saat 4də bomba səsləri ilə oyandıq. Həyat yoldaşım və uşaqlarımla heç bir əşya götürmədən Türkiyəyə sığındıq. Məni xoş qarşıladığı üçün isə sizə təşəkkür edirəm. Lakin anam və atam yaşlı olduqları üçün Ukraynanı tərk edə bilmədilər. Onlar üçün çox narahatam. Müharibə çox pis şeydir. Hərgün insanlar ölür dünya isə bu qətliamı sadəcə izləyir”.
Son xəbərlər
Son Xəbərlər