Uşaqların Beynəlxalq Müdafiəsi Günü Füzulidə qeyd olundu

usaqlarin-beynelxalq-mudafiesi-gunu-fuzulide-qeyd-olundu
Oxunma sayı: 798


"Qafqazinfo"ya daxil olan məlumata görə, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, uşaqlar, müəllimlər və valideynlər iştirak ediblər. 

Alı Alıyev uşaqları 1 uyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edib, ölkəmizdə uşaq hüquqları ilə bağlı həyata keçirilən dövlət siyasətindən danışıb. 

Sonra bağçada uşaqların hazırladıqları “Bir balaca dünyam var” adlı şənlik baş tutub. Bayram şənliyində uşaqların hazırladıqları rəqslər, şeirlər, şən və yumoristik səhnəciklərə tamaşa edilib.