“Uşaqların həlak olması məni dərindən kədərləndirib” - Əliyev

usaqlarin-helak-olmasi-meni-derinden-kederlendirib
Oxunma sayı: 2365

Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə başsağlığı verib.

"Qafqazinfo" xəbər verir ki, mətndə qeyd olunur:

"Hörmətli Vladimir Vladimiroviç,

Kareliyadakı Syamozero gölündə fırtına nəticəsində uşaqların həlak olması xəbəri məni dərindən kədərləndirib.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm".