Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində yerləşən yaşayış binalarının həyətindəki uşaq meydançası zəbt olunub. Orada artıq çoxmərtəməli binanın tikintisi aparılır. Binanın 5 mərtəbəsi ucaldılsa da, sakinlər məhəllənin hansı səbəbdən və kim tərəfindən zəbt edilməsini bilmir. Nəticə olaraq uşaqların gəzməyə, oynamağa bir məkanları qalmayıb. Sakinləri də narahat edən məhz bu məsələdir.
Nəsimi rayon İcra Hakimiyyətindən Milli.Az-a bildirilib ki, həmin ərazidə aparılan iş barədə araşdırma aparılandan sonra məlumat verilə bilər.
Son xəbərlər
Son Xəbərlər