Uşaqların zərərli informasiyadan qorunması qanunla tənzimlənəcək

usaqlarin-zererli-informasiyadan-qorunmasi-qanunla-tenzimlenecek
Oxunma sayı: 1268

Prezident İlham Əliyev "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 2016-cı il 29 aprel tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

Qafqazinfo” xəbər verir ki, dəyişikliyə əsasən, qanunun 15-ci maddəsinə aşağıdakı məzmunda ikinci hissə əlavə edilir:

“Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması müvafiq qanunla tənzimlənir”.