Uşaqlarını öldürərək soyuducuda saxlayıb - Fransada qandonduran cinayət

usaqlarini-oldurerek-soyuducuda-saxlayib
Oxunma sayı: 730

Fransanın Loryen şəhərində 50 yaşlı qadının qorxunc cinayətləri üzə çıxıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, polis balıqçı gəmisinin soyuducusunda körpə uşaq cəsədi tapıb.

Polis gəmidə işləyən qadının evində axtarış aparıb və daha 2 dondurulmuş körpə cəsədi tapılıb.

Məlum olub ki, qadın 1998, 1999 və 2003-cü illərdə doğduğu uşaqları boğub və dondurucuda saxlayıb.

Qadının 25 yaşında bir oğlunun olduğu bildirilir.