Uşaqlarını vaxtından əvvəl I sinfdə oxutmaq istəyənlərin nəzərinə!

usaqlarini-vaxtindan-evvel-i-sinfde-oxutmaq-isteyenlerin-nezerine
Oxunma sayı: 1298


Bakı şəhəri üzrə təhsil idarəsindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, Azərbaycan Respublikası təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları” barədə 17.07.2013 – cü il tarixli, 739 № -li əmrinə müvafiq olaraq Bakı şəhərində yerləşən və BŞTİ – nin tabeçiliyində olan məktəblərə qəbulla əlaqədar olaraq 20 iyul 2014 – cü il tarixindən elektron ərizələrin qəbuluna başlanılacaq.

Qeyd edək ki, “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən I sinfə qəbul həmin il sentyabrın 16 - dan dekabrın 31 - dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir.