Useyn Bolt rəsmən futbolçu olur

useyn-bolt-resmen-futbolcu-olur
Oxunma sayı: 2195

Qaçış üzrə səkkizqat Olimpiya çempionu Useyn Bolt bir futbol klubu ilə kontrakt imzaladığını bildirib.

“Qafqazinfo” xəbər verir ki, 31 yaşlı yamaykalı atlet bu barədə özünün tvitter səhifəsində belə yazıb:

“Mən bir futbol komandası ilə kontrakt imzalamışam. Həmin komandanın adını çərşənbə axşamı biləcəksiniz”.

Qeyd edək ki, Boltun daha öncə Dortmund “Borussiya”sə və “Mançester Yunayted”lə hallanırdı.