Uspenskaya qonşusunun itinə hücum etməkdə ittiham olunur - Video

uspenskaya-qonsusunun-itine-hucum-etmekde-ittiham-olunur
Oxunma sayı: 1799

68 yaşlı rusiyalı müğənni Lübov Uspenskaya qonşusunun buldoquna hücum etməkdə ittiham olunur.

Bu barədə “Qafqazinfo” “Starhit”ə istinadən xəbər verir.

İnsident müğənni və qızının qəsəbədə Yorkşir teryeri ilə gəzintidə olarkən baş verib. Bu an onların qarşısına üçaylıq fransız buldoqu çıxıb.

Hadisə şahidlərinin sözlərinə görə, Uspenskaya küçüyə hücum çəkib. O, iti qova-qova daha bir fransız buldoqunun olduğu qonşu evin ərazisinə keçib.

Hadisə şahidlərindən biri danışıb ki, Uspenskaya iti başından vurmağa, daha sonra qonşusunu təhqir etməyə başlayıb. Hərəkətlərini izah edən müğənni bildirib ki, buldoq onun ayağını dişləyib və itini “az qala parçalayacaqmış”.

Zərərçəkmiş itin sahibi artıq vəkil Aleksandr Dobrovinskiyə müraciət edib. O, artisti məhkəməyə vermək niyyətindədir.