ÜST 2022-ci ildə peyvənd üçün lazım olacaq məbləği açıqladı

ÜST 2022-ci ildə peyvənd üçün lazım olacaq məbləği açıqladı
Oxunma sayı: 1326

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus dünyanın yetkinlik yaşına çatan əksər əhalisinin peyvənd olunması üçün gələn il tələb olunacaq məbləği açıqlayıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, ÜST rəhbəri bu rəqəmin 35-45 milyard dollar arasında dəyişəcəyini proqnozlaşdırıb.

Qebreyesus əlavə edib ki, son 2 həftədə dünyada pandemiyanın ilk altı ayına nisbətən daha çox koronavirus infeksiyasına yoluxma hadisəsi qeydə alınıb. Bu rəqəm xüsusilə Hindistan və Braziliyada yüksəkdir.