ÜST bitdiyini açıqlamışdı, Ebola yenidən yayılır

ust-bitdiyini-aciqlamisdi-ebola-yeniden-yayilir
Oxunma sayı: 2067

Konqonun Şimal-Kivu əyalətinin Biena bölgəsində yenidən Ebola epidemiyası yayılıb.

“Qafqazinfo” “Haber Global”a istinadən xəbər verir ki, ölkənin səhiyyə naziri Eteni Lonqonda Biena bölgəsində Ebolaya rast gəlindiyini təsdiqləyib.

O bildirib ki, bölgəyə müvafiq səhiyyə nümayəndələri göndərilib.

Konqo Səhiyyə Nazirliyindən qeyd edilib ki, Bienada bir qadında fevralın 1-də Ebola aşkarlanıb. Qadın fevralın 3-də qaldırıldığı xəstəxanada ölüb. Qadın əvvəllər Ebolaya yoluxmuş kişi ilə evil olub.

Qeyd edək ki, Ümumudünya Səhiyyə Təşkilatı ötən ilin noyabrın 18-də Konqoda Ebolanın başa çatdığını elan etmişdi.