ÜST bu ölkələrdə vəba epidemiyası elan etdi

ust-bu-olkelerde-veba-epidemiyasi-elan-etdi
Oxunma sayı: 2103

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 15 ölkədə vəba epidemiyası elan edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesus çağırış edib.

O, Cenevrədə keçirilən brifinqdə infeksiyanın vaksin çatışmazlığı fonunda yayıldığını qeyd edib.

Qebreyesusun sözlərinə görə, vəba epidemiyaları ən çox Haiti, Zambiya, Zimbabve, Sudan və Efiopiyada baş verir.

Təşkilatın məlumatına görə, ötən il dünyanın 30 ölkəsində 708 mindən çox vəba xəstəliyi qeydə alınıb, 4300 nəfər ölüb.