ÜST Covid-19-la bağlı açıqlama yaydı

ust-covid-19-la-bagli-aciqlama-yaydi
Oxunma sayı: 3032

“Covid-19 virusu hələ də mutasiya edir və öldürücüdür”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus mətbuat konfransında deyib.

O bildirib ki, statistika keçən ilin dekabrında virusa yoluxma hallarının artdığını göstərir. Bu isə bayram dövründə izdihamın olması, eləcə də virusun mutasiyaya uğramış versiyası olan “JN.1” ştammının sürətlə yayılması ilə bağlıdır.