ÜST COVID-19-un yeni episentrini açıqladı

ÜST COVID-19-un yeni episentrini açıqladı
Oxunma sayı: 3290

Cənubi Amerika COVID-19 pandemiyasının yeni episentrinə çevrilib.  Daha çox zərər çəkən isə Braziliya olub. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bunu ÜST-ün fövqəladə hallar proqramının icraçı direktoru Maykl Rayan Cenevrədə keçirdiyi brifinqdə deyib.

“Cənubi Amerika xəstəliyin yeni bir episentri oldu. Biz bir çox Cənubi Amerika ölkələrində infeksiya sayının artdığını görürük. Əlbəttə, onların əksəriyyətində vəziyyət narahatlıq doğurur, lakin hazırda ən çox zərərçəkən Braziliyadır”, - o bildirib.

Onun sözlərinə görə, Braziliyada koronavirusa yoluxanların sayı 300 minə yaxınlaşır ki, onlardan da çoxu San-Pauloda qeydə alınıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi