ÜST-dən Afrikadakı vaksin böhranı ilə bağlı - Açıqlama

ÜST-dən Afrikadakı vaksin böhranı ilə bağlı
Oxunma sayı: 954

“Koronavirus vaksini tədarükündəki problemlər səbəbindən hər 10 Afrika ölkəsindən doqquzu sentyabrda vaksin hədəfinə nail olmayacaq”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Afrika direktoru Matsidiso Moeti deyib.

O bildirib ki, qitə üçün əlavə olaraq 225 milyon doz vaksinə ehtiyac var.

“Vaksin ehtiyatları və nəqli azalıb. Qitə əhalisinin təxminən iki faizi peyvəndlənib. Bu nisbət Səhraaltı Afrikada bir faizdir. Vaksinlərin yoluxma və ölümlərin qarşısını aldığı təsdiqləndi. Buna görə imkanı olan ölkələr təcili olaraq vaksinlərini paylaşmalıdır”.