Çin hökuməti Ümumdünya Səhiyyə Təşkilatının ölkədə koronavirusun mənşəyinə dair araşdırmalara qoşulmaq tələbini rədd edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ÜST-ün Çin üzrə nümayəndəsi Qauden Qalea “Sky News” telekanalına müsahibəsində bildirib.
“Ümumdünya Səhiyyə Təşkilatı Çinin səhiyyə komissiyası və rəsmilərindən tələb edir. Virusun mənşəyi çox vacibdir. Heyvan-insan qarşılıqlı əlaqəsi son dərəcə əhəmiyyətlidir və öyrənilməlidir. Yenidən ortaya çıxmasının qarşısını almaq üçün mümkün qədər çox şey bilməliyik”, - deyə o, qeyd edib.
Dr. Qalea bildirib ki, Çin tərəfi ÜST-nin bu araşdırmalardan xaric edilməsinə heç bir əsas gətirməyib. ÜST rəsmisi, həmçinin Çində yoluxma sayının təhrif edilməsi məsələsinə də toxunub. O, 3-16 yanvar tarixlərində Çində cəmi 41 yoluxma faktının qeydə alındığını və bunun mümkün olmadığını bildirib:
“Bu müddət ərzində cəmi 41 yoluxma baş verib? Məncə elə deyil. Spekulyasiya edə bilmərəm, amma o müddətdə yoluxmalarda artım olmalı idi. Yoluxma faktlarının 41-də qalması bu epidemiyanın xarakteristikasına və təbiətinə ziddir. Daha çox yoluxma olubmu? Bu, Çinin cavab verməli olduğu sualdır”,-deyə Dr. Qauden sözlərinə əlavə edib.
Son xəbərlər
Son Xəbərlər