ÜST-dən koronavirusla bağlı son rəqəmlər

ust-den-koronavirusla-bagli-son-reqemler
Oxunma sayı: 1832

Dünyada son sutka ərzində koronavirusa yoluxanların ümumi sayı 128 419 nəfər artaraq 7 273 958-ə yüksəlib. “Qafqazinfo” bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bundan əlavə, son 24 saat ərzində daha 5 347 pasiyent koronavirusun qurbanı olub. Bununla da xəstəlikdən ölənlərin sayı 413 372-yə çatıb.

Qeyd edək ki, ÜST martın 11-də koronavirusu pandemiya elan edib.