ÜST-dən koronavirusla bağlı son rəqəmlər

ust-den-koronavirusla-bagli-son-reqemler
Oxunma sayı: 1820

Dünyada son sutka ərzində koronavirusa yoluxanların ümumi sayı 118 502 nəfər artaraq 7 941 791-ə yüksəlib. “Qafqazinfo” bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bundan əlavə, son 24 saat ərzində daha 3 255 pasiyent koronavirusun qurbanı olub. Bununla da xəstəlikdən ölənlərin sayı 434 796-ya çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də koronavirusu pandemiya elan edib.