ÜST-dən koronavirusla bağlı son rəqəmlər

ust-den-koronavirusla-bagli-son-reqemler
Oxunma sayı: 2277

Dünyada son sutka ərzində koronavirusa yoluxanların ümumi sayı 183 mindən çox artaraq 8 708 008-ə yüksəlib. “Qafqazinfo” bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bundan əlavə, son 24 saat ərzində daha 4 743 nəfər koronavirusun qurbanı olub. Bununla da xəstəlikdən ölənlərin sayı 461 715-ə çatıb.

Xəstəlik daha çox Şimali və Cənubi Amerikada yayılıb. Orada 4,2 milyondan çox yoluxma halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də koronavirusu pandemiya elan edib.