ÜST-dən koronavirusla bağlı son rəqəmlər

ust-den-koronavirusla-bagli-son-reqemler
Oxunma sayı: 1436

Dünyada son sutka ərzində koronavirusa yoluxanların sayı 206 709 nəfər artaraq 18 354 342-yə yüksəlib. “Qafqazinfo” bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bundan əlavə, son 24 saat ərzində daha 5 116 nəfər koronavirusun qurbanı olub. Bununla da koronavirusdan ölənlərin sayı 696 147-yə çatıb.

Qeyd edək ki, ÜST martın 11-də koronavirusu pandemiya elan edib.