ÜST-dən koronavirusla bağlı son statistika

ust-den-koronavirusla-bagli-son-statistika
Oxunma sayı: 2763

Dünyada son sutka ərzində koronavirusa yoluxanların sayı 226 181 nəfər artaraq 13 378 853-ə yüskəlib. “Qafqazinfo” bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bundan əlavə, son 24 saat ərzində daha 5 579 nəfər koronavirusun qurbanı olub. Bununla da koronavirusdan ölənlərin sayı 580 045-ə çatıb.

Daha çox yoluxma halı Şimali və Cənubi Amerikada (7 016 851 nəfər) və Avropada (2 987 923 nəfər) qeydə alınıb.

Qeyd edək ki, ÜST martın 11-də koronavirusu pandemiya elan edib.