ÜST-dən koronavirusla bağlı son statistika

ust-den-koronavirusla-bagli-son-statistika
Oxunma sayı: 1635

Dünyada son sutka ərzində koronavirusa yoluxanların sayı 202 726 nəfər artaraq 14 765 256-ya yüksəlib. “Qafqazinfo” bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bundan əlavə, son 24 saat ərzində daha 4 286 nəfər koronavirusun qurbanı olub. Bununla da koronavirusdan ölənlərin sayı 612 054-ə çatıb.

Daha çox yoluxma halı Şimali və Cənubi Amerikada (7 811 127 nəfər) və Avropada (3 124 701 nəfər) qeydə alınıb.

Qeyd edək ki, ÜST martın 11-də koronavirusu pandemiya elan edib.