ÜST-dən koronavirusla bağlı son statistika

ust-den-koronavirusla-bagli-son-statistika
Oxunma sayı: 2341

Dünyada son sutka ərzində koronavirusa yoluxanların sayı 284 083 nəfər artaraq 15 581 009-a yüksəlib. “Qafqazinfo” bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bundan əlavə, son 24 saat ərzində daha 6 270 nəfər koronavirusun qurbanı olub. Bununla da koronavirusdan ölənlərin sayı 635 173-ə çatıb.

Daha çox yoluxma halı Şimali və Cənubi Amerikada (8 292 311 nəfər) və Avropada (3 192 041 nəfər) qeydə alınıb.

Qeyd edək ki, ÜST martın 11-də koronavirusu pandemiya elan edib.