ÜST-dən koronavirusla bağlı son statistika

ust-den-koronavirusla-bagli-son-statistika
Oxunma sayı: 1744

Dünyada son sutka ərzində koronavirusa yoluxanların sayı 226 783 nəfər artaraq 16 341 920-yə yüksəlib. “Qafqazinfo” bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bundan əlavə, son 24 saat ərzində daha 4 153 nəfər koronavirusun qurbanı olub. Bununla da koronavirusdan ölənlərin sayı 650 805 -ə çatıb.

Qeyd edək ki, ÜST martın 11-də koronavirusu pandemiya elan edib.