ÜST-dən koronavirusla bağlı son statistika

ust-den-koronavirusla-bagli-son-statistika
Oxunma sayı: 1825

Dünyada son sutka ərzində koronavirusa yoluxanların sayı 253 793 nəfər artaraq 16 812 755-ə yüksəlib. “Qafqazinfo” bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bundan əlavə, son 24 saat ərzində daha 5 999 nəfər koronavirusun qurbanı olub. Bununla da koronavirusdan ölənlərin sayı 662 095-ə çatıb.

Qeyd edək ki, ÜST martın 11-də koronavirusu pandemiya elan edib.