ÜST-dən koronavirusla bağlı son statistika

ust-den-koronavirusla-bagli-son-statistika
Oxunma sayı: 1481

Dünyada son sutka ərzində koronavirusa yoluxanların sayı 286 710 nəfər artaraq 20 730 456-ya yüksəlib. “Qafqazinfo” bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bundan əlavə, son 24 saat ərzində daha 6 713 nəfər koronavirusun qurbanı olub. Bununla da koronavirusdan ölənlərin sayı 751 154-ə çatıb.

Qeyd edək ki, ÜST martın 11-də koronavirusu pandemiya elan edib.