ÜST dünya ölkələrinə çağırış etdi

ust-dunya-olkelerine-cagiris-etdi
Oxunma sayı: 2974

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə Komissiyası dünya ölkələrinə çağırış edib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, qurum hər ölkənin azı 10% əhalisinin koronavirusa qarşı peyvənd olunmasını istəyib.

“2021-ci ilin sentyabrınadək bütün ölkələrin azı 10% əhalisi peyvənd olunmalıdır. Həssas qrupları qorumaq üçün virusun SARS CoV-2 növünə qarşı qlobal həmrəylik göstərilməlidir”, - deyə ÜST-ün tövsiyələrində bildirilir.