Dünyada COVID-19 xəstəliyinə yoluxanların sayı 4 milyon 200 mini, bu virusdan ölənlərin sayı isə 294 mini ötüb. “Qafqazinfo” bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Təşkilatdan bildirilib ki, son sutka ərzində 77 965 nəfərdə koronavirus aşkarlanıb, 6 647 nəfər vəfat edib. Beləliklə, COVID-19-a yoluxanların ümumi sayı 4 248 389-a, ölüm hallarının sayı isə 294 046-ya yüksəlib. Daha çox yoluxma halı Şimali və Cənubi Amerikada qeydə alınıb – 1 819 553.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də COVID-19 koronavirus (COVID -19) infeksiyasını pandemiya elan edib.
Son xəbərlər
Son Xəbərlər