ÜST koronavirusa görə Çinə ekspertlər göndərir

ust-koronavirusa-gore-cine-ekspertler-gonderir
Oxunma sayı: 2190

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun meydana gəlməsinin səbəblərini araşdırmaq üçün ekspertlər qrupunu Çinə göndərəcək.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus bildirib. O qeyd edib ki, ekspertlər gələn həftə Çinə yola düşəcək.

“Biz bu virusun necə yayıldığını öyrənməklə ona qarşı daha yaxşı mübarizə apara bilərik”, - deyə ÜST sədri söyləyib.