Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla bağlı yeni statistikanı açıqlayıb.
“Qafqazinfo”nun məlumatına görə, son sutka ərzində Çindən kənarda 2103 yeni yoluxma faktı qeydə alınıb. Bununla da, ölümcül virusa yoluxanların sayı 12668 nəfərə çatıb. Ölənlərin sayı isə 214-ə yüksəlib (son sutkada 48 ölüm).
Virus daha dörd ölkəyə yayılıb. Onların arasında Argentina, Çili, Polşa və Ukrayna var.
ÜST-ün ən son məlumatına görə, Çində koronavirusa yoluxanların sayı 80422 (sutka ərzində 120), ölənlərin sayı 2984-dür (sutka ərzində 38). Bütün dünyada koronavirusa yoluxanların sayı 93090-dır.
Son xəbərlər
Son Xəbərlər