ÜST meymunçiçəyindən ölənlərin sayını açıqladı

ust-meymunciceyinden-olenlerin-sayini-aciqladi
Oxunma sayı: 1910

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi xəstəliyindən 2 yeni ölüm halı qeydə alıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ÜST-ün hesabatına istinadən “Reuters” agentliyi yayıb. 

Bununla da, ilin əvvəlindən meymunçiçəyindən ölənlərin sayı 3-ə çatıb. Hər üç ölüm halı Afrikada qeydə alınıb. 

Xatırladaq ki, ÜST-ün Baş direktoru Tedros Qebreyesus dünyada meymunçiçəyi xəstəliyinə 6000-dən çox yoluxma halının qeydə alındığını açıqlayıb.