ÜST rəhbəri koronavirusa qarşı peyvənd olundu

ÜST rəhbəri koronavirusa qarşı peyvənd olundu
Oxunma sayı: 1489

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus koronavirusa qarşı peyvənd olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, tvitter səhifəsində bildirib.

ÜST rəhbəri ölkəsində vaksin olan hər kəsi COVID-19-a qarşı peyvən olunmağa çağırıb.

“Vaksinlər həyatlar xilas edir və bütün ölkələrdə olmaları son dərəcə vacibdir. Əgər siz də vaksinləri olan ölkədə yaşayırsınızsa, xahiş edirəm, növbəniz çatanda peyvənd olunun”, - Qebreyesus yazıb.