Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus ABŞ-ın istefa çağırışına cavab verib.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Qebreyesus vəzifəsinə davam edəcəyini bildirib.
“Gecə-gündüz həyat qurtarmaq üçün çalışmağa davam edəcəyəm”, - deyə ÜST rəhbəri açıqlayıb.
O, təşkilata maliyyə dəstəyini dayandıran ABŞ-a qərarını yenidən gözdən keçirmək və ÜST-ü dəstəkləməyə davam etmək çağırışı da edib.
Son xəbərlər
Son Xəbərlər