ÜST rəsmisindən “vaksin pasportu” ilə bağlı - Açıqlama

ust-resmisinden-vaksin-pasportu-ile-bagli
Oxunma sayı: 2430

“Koronavirus vaksinasiyasının virusun yoluxmasına mane olub-olmaması məsələsindəki qeyri-müəyyənlik və dünyadakı peyvənd ədalətsizliyi səbəbindən indidən “vaksin pasportu”na müsbət yanaşmırıq”.

“Qafqazinfo” xəbər verir ki, bunu BMT-nin Cenevrə Ofisində təşkil olunan mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Marqarit Harris deyib.

“Vaksin pasportları” ilə bağlı iki böyük problem var. İndi peyvənd olunmağın başqalarına virus yoluxmasına mane olub-olmadığını söyləmək üçün kifayət qədər məlumata malik deyilik.

“Vaksin pasportu”nun tətbiqindəki ikinci problem isə koronavirus vaksininin ədalətsiz paylanmasıdır”, - M.Harris vurğulayıb.

Onun sözlərinə görə, bir çox ölkələrdə peyvəndə əlçatanlıqda problemlər var:

“Vaksində ədalət problemi vacibdir. Vaksinlərin ədalətli paylaşımı olanda, “vaksin pasportu” çox vacib olacaq”.