ÜST-ün baş katibi Azərbaycan hökumətinə təşəkkür etdi

ust-un-bas-katibi-azerbaycan-hokumetine-tesekkur-etdi
Oxunma sayı: 2891

Ümumdünya Səhiyyə Təşkilatının baş katibi Tedros Adanom Qebreisus Azərbaycana təşəkkür edib. 

“Qafqazinfo” xəbər verir ki, o, tvitterdə Azərbaycan hökumətinə tvit ünvanlayıb:

“Azərbaycan xalqı və hökumətinə koronavirusla bağlı maliyyə yardımı üçün təşəkkür edirik. Həmrəyliyinizə görə minnətdarıq. Daha təhlükəsiz bir dünya üçün həmişə birlikdə!”

Xatırladaq ki, Azərbaycan koronavirusla mübarizə məqsədilə Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar yardım edib.