ÜST və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında memorandum imzalandı

ust-ve-nizami-gencevi-beynelxalq-merkezi-arasinda-memorandum-imzalandi
Oxunma sayı: 1477

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus tviter hesabında bildirib.

Paylaşımda deyilir ki, Memorandum peyvənd bərabərliyi, pandemiyaya hazırlığın gücləndirilməsi və ilkin səhiyyə xidməti istiqamətində əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır.