ÜST yeni pandemiya ilə bağlı xəbərdarlıq etdi

ust-yeni-pandemiya-ile-bagli-xeberdarliq-etdi
Oxunma sayı: 3443

“Bəşəriyyət gec və ya tez yeni naməlum “X xəstəliyi” ilə üzləşəcək və buna indidən hazırlaşmaq lazımdır”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Dubayda keçirilən Dünya Hökumətlər Sammitində çıxışında deyib.

Baş direktor yeni pandemiyanın qrip virusu və ya koronavirus, yaxud haqqında hələ bilmədiyimiz yeni patogen tərəfindən törədilmə ehtimalını vurğulayıb.

O, dünyanın yeni pandemiyaya hazır olmadığını bildirib:

“COVID-19-un nəticələri yaddan çıxmış ola bilər, çünki dünya ictimaiyyətinin diqqəti hazırda digər böhranlara yönəlib”.