ÜST yeni virusla bağlı təcili toplanacaq

ÜST yeni virusla bağlı təcili toplanacaq
Oxunma sayı: 831

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus Çində koronavirusun səbəb olduğu sətəlcəmin yayılması ilə əlaqədar sabah fövqəladə vəziyyət komitəsi ilə iclas keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə təşkilatın Tvitter səhifəsində yazılıb.

Bildirilir ki, komitənin əsas vəzifəsi yayılan virusun beynəlxalq səhiyyədə narahatlıq doğuran fövqəladə vəziyyət olub-olmadığını araşdırmaq olacaq. Onlar, həmçinin, virusla mübarizə üçün tövsiyələrin hazırlanması üzərində çalışacaqlar.

Qeyd edək ki, ötən il dekabrın 31-də Çin hökuməti ÜST-ü Uxan şəhərində naməlum sətəlcəm növünün yayılması ilə əlaqədar xəbərdar edib. Yanvarın 7-də çinli mütəxəssislər xəstəliyi 2019-nCoV koronavirusunun törətdiyini müəyyən ediblər. Yeni sətəlcəm növünün laboratoriya testlərindən sonra qrip, quş qripi, ağır respirator sindromlar və Yaxın Şərq respiroator sindromu (MERS) mümkün patogenlər siyahısından çıxarılıb.

Son məlumata əsasən, Çində 217 nəfər bu virusa yoluxub. Uxanda bu rəqəm 198-dir. 3 nəfərin öldüyü bildirilir. Yoluxma hallarına Cənubi Koreya, Tailand və Yaponiyada da rast gəlinib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi