Usta hündürlükdən yıxılaraq öldü

usta-hundurlukden-yixilaraq-oldu
Oxunma sayı: 2654

Ağstafada usta ehtiyatsızlıq nəticəsində hündürlükdən yıxılaraq ölüb.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə rayonun Köçəsgər kəndində baş verib.

Həmin kənddə evlərdən birinin damını təmir edən 1962-ci il təvəllüdlü Asif Misirov hündürlükdən yıxılaraq ağır xəsarət alıb.

O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Elmar Əli