Usta iş yerində qolunu itirdi

usta-is-yerinde-qolunu-itirdi
Oxunma sayı: 1704

İmişlidə karxanada ustanın ağır xəsarət alması ilə nəticələnən partlayış olub. 

Bu barədə "Qafqazinfo"ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 12-si saat 17 radələrində Bəhrəmtəpə qəsəbəsində yerləşən “Türkaz” MMC-yə məxsus qum-çınqıl karxanasında təmirçi işləyən 1990-cı il təvəllüdlü İlqar Qurbanov iş yerində təmir etdiyi nəqliyyat vasitəsinin təkərinin partlaması nəticəsində sol qolunu itirib.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.