Usta Xudunun xatirə gecəsi oldu

Usta Xudunun xatirə gecəsi oldu
Oxunma sayı: 1060


Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva öz çıxışında 2004-cü ildə 72 yaşında haqqa qovuşmuş ünlü sazbənd, el arasında Usta Xudu ismi ilə tanınan Xudaverdi Mahmudovun xatirə gecəsinin keçirilməsini, ona həsr olunan “SAZBƏND... SAZA BƏND...” kitabının işıq üzü görməsini bir qədirşünaslıq aktı və vəfa borcu adlandırıb.

Millət vəkilinin çıxışından sonra səhnəyə çıxan Usta Xudunun övladı, onun yolunun davamçısı Usta Fərman özü düzəltidyi sazı Q. Paşayevaya hədiyyə edib. 

Xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub, professor-doktor Qəzənfər Paşayev, şair, Prezident təqaüdçüsü İlyas Tapdıq və səksəninci illərdə Tovuz rayonuna rəhbərlik etmiş ağsaqqal ictimai-siyasi xadim Aslan Nəsibov, ustad aşıqlar – Ədalət Nəsibov, Əli Ürfan (Quliyev), Mahmud Məmmədov, Əhliman Rəhimov, aşıqlar Gülarə Azaflı, Solmaz Kosyaeva, Aşıq Cahangir, Ədalət Dəlidağlı, Aşıq Zülfiyyə, İsa Dirsəxanlı, Altay Məmmədli, Nemət Qasımlı, Fəzail Miskinli, Kəmalə Qubadlı, Aytəkin Qənbərqızı, Ramil Qasımlı, Nasir Laçınlı (Alxasov), Elçin Xalidoğlu, Şahin Məzəmli, tanınmış xanəndə Ağakərim Nafiz və başqaları çıxış ediblər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi