Üstündən 2 maşın keçən piyada öldü

ustunden-2-masin-kecen-piyada-oldu
Oxunma sayı: 2182

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo”nun məlumatına görə, iyulun 5-də saat 2 radələrində Nizami rayonu ərazisində Bakı şəhər sakini İ.Orduxanov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini Rəhman Xəlilovu vurub. Daha sonra arxadan gələn Tovuz rayon sakini Ü.Məmmədov da idarə etdiyi “Opel” markalı avtomobillə həmin şəxsi vurub. Nəticədə xəsarət alan R.Xəlilov xəstəxanaya aparılarkən yolda ölüb.

Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.