Üstünə hasar aşan uşaq öldü - 20 gün sonra

ustune-hasar-asan-usaq-oldu
Oxunma sayı: 1609

Bərdə rayonunda 20 gün öncə üzərinə hasar aşan uşaq vəfat edib.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə mayın 9-da saat 18 radələrində Bərdə rayonunun Otuzikilər kəndində baş verib.

Kənd sakini Xanməd Əsgərov idarə etdiyi “T-28” markalı traktoru yolun kənarındakı hasara vurub və bu zaman hasar 5 yaşlı Rüfət Hətəmovun üstünə aşıb. R.Hətəmov xəstəxanada ölüb.

Araşdırma aparılır.

Murad Əhməd