Üstünə qaynar su tökülən 1 yaşlı uşaq öldü

ustune-qaynar-su-tokulen-1-yasli-usaq-oldu
Oxunma sayı: 1986

Bakıda faciəli hadisə baş verib.

“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

Rayon sakini 1 yaşlı Mədinə Məmmədovanın üstünə qaynar su tökülüb. Nəticədə xəstəxanaya yerləşdirilən körpə aldığı xəsarətdən orada ölüb.

Faktla bağlı araşdırma aparılır.