“Üstünlük rəqibin tərəfində ola bilər”- - "Neftçi"nin baş məşqçisi

ustunluk-reqibin-terefinde-ola-biler-
Oxunma sayı: 671


“”Mladost” yaxşı komandadır. İlk oyunda olduğu kimi, bu dəfə də nəticə üçün oynayacaqlar. Əsas tapşırıqları qol buraxmamaq olacaq. Ötən illə müqayisədə bizim heyətimiz çox dəyişib. Bununla belə gənc futbolçularımıza güvənirəm. Biz meydana qələbə əzmi ilə çıxacağıq. Məğlubiyyət isə faciə olmayacaq. "Mladost" evdə oynayır. Üstünlük onların tərəfində sayıla bilər. Amma mən şansları bərabər qiymətləndirirəm. Havanın isti olması oyuna təsir etsə də, hər iki komanda üçün təbii şərtlər eyni olacaq”.

Xatırladaq ki, oyun 9 iyul tarixində Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.