Usubov ATƏT-in əlaqələndiricisi ilə görüşdü

usubov-atet-in-elaqelendiricisi-ile-gorusdu
Oxunma sayı: 695


“Qafqazinfo”ya  DİN-dən daxil olan məlumata görə, qonağa fəaliyyətində uğurlar arzulayan daxili işlər naziri ATƏT-lə rəhbərlik etdiyi qurum arasında əlaqələrin inkişafından məmnun olduğunu bildirib. Qeyd oedilib ki, respublikamızda təhlükəsizliyin təmin edilməsi, insan hüquq və azadlıqlarının, ictimai asayişin qorunması, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizənin daha səmərəli aparılması məqsədilə həmin qurumun Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, Bakı Ofisi və bir sıra ölkələrdə yerləşən missiyaları ilə sıx əməkdaşlıq əlaqələri yaranıb və bunun nəticəsi olaraq polis fəaliyyətinin təkmilləşdirilməsi sahəsində bir çox əhəmiyyətli tədbirlər və layihələr həyata keçirilib.

Qəbul edilmiş yeni qanunların, həmçinin ATƏT-in dəstəyi ilə keçirilən çoxsaylı seminar və treninqlərin şəxsi heyətin peşəkarlığının, dünyagörüşünün artırılmasında, xidməti fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılmasında böyük rolu olduğunu bir daha vurğulayan cənab Ramil Usubov DİN rəhbərliyi tərəfindən qanunçuluğa, insan və vətandaş hüquq və azadlıqlarının qorunmasına ciddi nəzarət edildiyini də diqqətə çatdırıb.

ATƏT-in Bakı Layihə Əlaqələndiricisi cənab Aleksis Şaxtaxtinski səmimi qəbula və ətraflı məlumata görə təşəkkürünü bildirib, təmsil etdiyi qurumla Daxili İşlər Nazirliyi arasında faydalı işbirliyinin bütün sahələrdə praktik nəticə və səmərə verdiyini, bu əməkdaşlığın daha da inkişaf etməsi, polis fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı qarşılıqlı maraq doğuran müxtəlif layihələrin həyata keçirilməsində bundan sonra da yardımçı olacaqlarını vurğulayıb.